Foqtsun tapıntısı “Qəbələ”yə gəldi
22.01.2011 - 00:02
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçunu baxışa dəvət edib. Apasport.az saytının xəbərinə görə, bu, milliyətcə azərbaycanlı olan və Serbiyada yaşayan Murad Huseynovdur.
21 yaşlı futbolçu ampluaca hücumçudur və Serbiyanın “Mladost” klubunda çıxış edir. Xatırladaq ki, Muradın oyunu milli komandamızın baş məşqçisi Berti Foqtsun diqqətini cəlb edib və gənc hücumçu almaniyalı çalışdırıcı tərəfindən yığmaya dəvət alıb. Muradın “Qəbələ”də qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcək.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0