“Neftçi” Rusiyada təlim-məşq toplanışı keçəcək
22.01.2011 - 11:57
Bakının "Neftçi" klubu əsas komandası kimi əvəzedici heyətini də xaricə təlim-məşq toplanışına yollayacaq. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, əvəzedicilərin hazırlıq prosesi yanvarın 24-dən fevralın 4-dək Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində olacaq. İqor Getmanın baş məşqçisi komanda orada 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Artıq rəqiblərdən biri məlumdur. Belə ki, "Neftçi" yanvarın 26-da "Novorossiysk" klubunun əvəzedici heyəti ilə görüşəcək.
Qeyd edək ki, “Neftçi”nin əsas komandası Türkiyənin Antalya şəhərindəki ikinci təlim-məşq toplanışına yanvarın 24-də yollanacaq.
Qeyd edək ki, “Neftçi”nin əsas komandası Türkiyənin Antalya şəhərindəki ikinci təlim-məşq toplanışına yanvarın 24-də yollanacaq.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0