“Neftçi” klubu dörd futbolçusunu icarəyə verdi
22.01.2011 - 13:44
Bakının “Neftçi” klubu 4 futbolçusunu icarəyə verib. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, flaqman əsas komandaya düşməyən gənc futbolçuları – Eşqin Quliyev, Orxan Həsənov, Slavik Alxasov və Ruslan Tağızadəni “Abşeron” klubuna 6 aylığa icarəyə verib. Aşağı yaş qruplarımızdan ibarət yığmalarımızın üzvləri birinci divizionun liderində cari mövsümün sonuna kimi oynayacaqlar. “Neftçi” rəhbərliyi daim diqqətdə saxladığı gənc futbolçularını oyun praktikası qazanmaq üçün icarəyə verərək, sonradan qaytarmaq fikrindədir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0