“Qarabağ”dan 45 dəqiqəlik darmadağın
22.01.2011 - 21:46
Bu gün “Qarabağ” klubu Türkiyənin Antalya şəhərində növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun çalışdırdığı komandamız Türkiyənin aşağı divizionunda oynayan “Erdemirspor” klubunu darmadağın edib – 8:0. Qolların yarısını Rauf Əliyev (19, 22, 25, 39-ci dəqiqələr) vurub. Georgi Adamiya (11), Rəşad Sadiqov (14), Elvin Məmmədov (35), Vüqar Nadirov (43) hərəyə bir dəfə fərqləniblər.
Ancaq bu, 45 dəqiqəlik görüş olub. Belə ki, “Qarabağ” 2-ci hissədə öz arasında oynayıb. İlk hissədə heyəti dəyişməyən komandaya qarşı digər futbolçulardan qurulmuş komanda 45 dəqiqə mübarizə aparıb.
Mənbə: qarabagh.com

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0