“Xəzər Lənkəran” braziliyalı qapıçı ilə müqavilə bağlayır
24.01.2011 - 13:22
“Xəzər Lənkəran” klubu daha 1 futbolçunu düşərgəsinə cəlb edib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Lənkəran təmsilçisi qapıçı Dalton Munarettonu sınaqdan keçirir. Ukraynanın “Krivbass” klubu ilə görüşün 2-ci hissəsində də oynayan 25 yaşlı futbolçu böyük ehtimalla komandada saxlanılacaq. İkili vətəndaşlığı olan Dalton Braziliya və İtaliya pasportlarını daşıyır. Ucaboy qapıçı (1,97 sm) karyerası ərzində Braziliyanın “Malutron”, “Fiqueyrense”, “Mirassol” və “Rio Klaro”nun, habelə İtaliya B seriyasında çıxış edən “Torino”nun şərəfini qoruyub.
Qeyd edək ki, “Xəzər Lənkəran” almaniyalı Jerom Polenzlə də müqavilə bağlamağa hazırlaşır.
Qeyd edək ki, “Xəzər Lənkəran” almaniyalı Jerom Polenzlə də müqavilə bağlamağa hazırlaşır.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0