Premyer Liqada möhtəşəm rekord
24.01.2011 - 14:14
İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 24-cü turun “Blekbern” – “Vest Bromviç” qarşılaşması unikal hadisə ilə əlamətdar olub. Belə ki, meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi matçda meydana çıxan 22 futbolçu 22 ölkənin təmsilçisi olub. 22 ölkə vətəndaşlarının eyni vaxtda meydanda olması ilə 15 ay əvvəlki rekord yenilənib. 2009-cu il oktyabrın 24-da baş tutan “Blekbern” - “Çelsi” görüşündə 21 ölkədən olan futbolçu eyni vaxtda meydanda olmuşdu. Bu dəfə rekordun yenilənməsinə “Vest Bromviç”in çex futbolçusu Roman Bednarjın meydana girməsi səbəb olub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0