AZAL qələbəni əldən verdi
25.01.2011 - 09:35
Antalyada təlim-məşq toplanışını davam etdirən Bakının AZAL klubu 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qazaxıstan “Vostok”u ilə görüşən Nazim Süleymanovun yetirmələri qələbəni əldən veriblər.
“Titanik” otelinin meydançasında baş tutan matçda bərabərlik qeydə alınıb - 1:1. AZAL-ın qoluna litvalı legioner Gvidas Yuska imza atıb. Rəqib isə oyunun son dəqiqələrində qolun əvəzini çıxa bilib.
Qeyd edək ki, Nazim Süleymanovun yetirmələri ilk matçda Ukraynanın “Zarya” komandasına 0:2 hesabı ilə uduzmuşdu. Paytaxt klubunun növbəti yoldaşlıq görüşü isə yanvarın 27-də “Volın”a qarşı olacaq.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0