Fransa yığması Bakıya gəlir
25.01.2011 - 10:12
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq son komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2010-cu il sentyabrın 29-da İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatma mərasimində millimizin İspaniya, Qazaxıstan yığmaları və ilkin seçmə mərhələnin D qrupunda birinci yeri tutacaq komanda ilə qarşılaşacağı bəlli olmuşdu.
Artıq ilkin seçmə mərhələnin D qrupunun oyunları yekunlaşıb və bütün rəqiblərini məğlub edən Fransa yığması əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb.
Beləliklə, futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin fevralın 24-dən 27-dək Bakıda keçiriləcək 1-ci qrupunun oyunlarında Azərbaycan, İspaniya, Qazaxıstan və Fransa milli komandaları mübarizə aparacaq.
Mənbə: affa.az

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0