“Ramiz Məmmədov məni komandasında görmək istəmədiyini dedi”
25.01.2011 - 11:33
“Mən indi Bosniyadayam və klubsuzam. Ramiz Məmmədov son təlim-məşq toplanışında dedi ki, məni komandasında görmək istəmir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın “Atırau” klubunun bosniyalı futbolçusu Qradimir Tsrnoqorats deyib. Müdafiəçi “Atırau”nun Türkiyənin Antalya şəhərində ilk təlim-məşq toplanışından sonra baş məşqçi Ramiz Məmmədova lazım olmayıb: “Mənim “Atırau” ilə müqaviləm var. Yaxında Qazaxıstan Futbol Federasiyasından hər şeyi dəqiq öyrənməyə çalışacağam. Əgər müqaviləm həqiqidirsə, onda klubu məhkəməyə verəcəyəm. Müqaviləyə görə pulumun ödənilməsinə çalışacağam”.
Qeyd edək ki, “Atırau” ötən yay Avroliqada məhz Tsrnoqoratsın cəzalı olduğu halda, meydana çıxmasına görə UEFA-nın cəzasına məruz qaldı və mübarizədən kənarlaşdırıldı.
Qeyd edək ki, “Atırau” ötən yay Avroliqada məhz Tsrnoqoratsın cəzalı olduğu halda, meydana çıxmasına görə UEFA-nın cəzasına məruz qaldı və mübarizədən kənarlaşdırıldı.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0