Emil Mpenza “Neftçi”nin məşqlərindən kənarda qalıb
25.01.2011 - 12:59
Bakının “Neftçi” klubunun digər legionerləri kimi, belçikalı Emil Mpenza da komandanın Antalyadakı düşərgəsinə qoşulub. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçu hələlik məşqlərdən kənarda qalıb. Belə ki, o, Antalyada təşkil olunmuş ilk hazırlıq prosesində Rusiyanın “SKA-Energiya” klubu ilə görüşdə diz nahiyəsindən zədələnib. Bu gün Mpenza klinikada tibbi müayinədən keçəcək. Bundan sonra futbolçuya dəqiq diaqnoz qoyulacaq və onun qarşıdakı günlər üçün qrafiki müəyyənləşdiriləcək.
Mənbə: neftchifc.com
Mənbə: neftchifc.com
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0