Azərbaycan klubu Draqoş Fırtıleskunu ağlatdı
25.01.2011 - 13:38
Rumıniyanın “Universtatya” (Krayova) klubunun futbolçusu Draqoş Fırtılesku komandasının məşqi zamanı hamını təəccübləndirib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi meydanın ortasında əyləşərək uşaq kimi göz yaşları axıtmağa başlayıb. Buna onun aldığı xəbər səbəb olub.
Belə ki, Draqoş komanda yoldaşı Mihay Dinanın “Xəzər Lənkəran”a transfer olunacağını eşidərək bununla barışa bilməyib. “Universtatya”nın yetirməsi olan Fırtılesku əsas komandaya düşdüyü gündən dostlaşdığı və neçə illərdir birgə oynadığı hücumameylli yarımmüdafiəçi ilə ayrımaq istəmir.
Qeyd edək ki, Rumıniya mətbuatı Dinanın 700 min avro qarşılığında Lənkəran təmsilçisinə keçəcəyini iddia edir.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0