Konseysao Azərbaycan çempionuna qarşı
25.01.2011 - 17:50
Bakının “İnter” klubunun yoldaşlıq oyunundakı rəqiblərindən biri məlum olub. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu və “Birlik kuboku”nun qalibi Rumıniyanın “Braşov” klubu ilə görüşəcək.
Türkiyənin Antalya şəhərinə yollanaraq 2-ci təlim-məşq toplanışını keçirəcək Kaxaber Sxadadzenin yetirmələri rumınlarla fevralın 8-də qarşılaşacaq. Bu komanda Rumıniya çempionatının 18 turundan sonra 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Braşov”u məşhur portuqaliyalı Antonio Konseysao çalışdırır. 1989-91-ci illərdə “Porto”da çıxış etmiş futbolçu milli komandada da oynayıb.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0