Syerra-Leone yığmasının futbolçusu “Muğan”da
25.01.2011 - 18:05
Transfer müddəti ərzində heyətini gücləndirməyə çalışan “Muğan” daha 1 futbolçunu düşərgəsinə cəlb edib. Apasport.az saytının məlumatına görə, Salyan təmsilçisi Syerra-Leone milli komandasının yarımmüdafiəçisi Samuel Barlayı heyətinə qatıb.
Futbolçu karyerası ərzində İsveç və Finlandiya çempionatlarında çıxış edən futbolçu yığmada son matçını 2010-cu ilin oktyabrında keçirib. O, CAR-la qarşılaşmada 90 dəqiqə ərzində komandasının şərəfini qoruyub.
Qeyd edək ki, "Big Sammy" ləqəbi ilə tanınan futbolçu Samuel Barlay Narsis Yameoqodan sonra “Muğan” komandasında çıxış edən ikinci afrikalı yığma təmsilçisidir.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0