Jaba və Roşa cəzalandırıldı
26.01.2011 - 10:05
“Bakı” klubu braziliyalı futbolçuları – Jaba ilə Leonardo Roşanı cəzalandırıb. Apasport.az saytının məlumatına görə, komandanın Antalyada keçirdiyi təlim-məşq toplanışına gecikən hər 2 legioner baş məşqçi Aleksandr Starkov tərəfindən əvəzedici komandaya göndərilib. Toplanışdan uzaqlaşdırılan braziliyalılar Bakıya göndəriliblər. Onlar klubun bazasında məşqçilər Qəhrəman Əliyev və Məqsəd Yaqubəliyevin nəzarətində əvəzedici komandanın heyətində hazırlıq keçirlər. Jaba və Roşanın taleyinə komanda Bakıya döndükdən sonra aydınlıq gətiriləcək.
Mənbə: fcbaku.com
Mənbə: fcbaku.com
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0