“Məni Ramiz Məmmədovun komandasına buraxmırlar”
26.01.2011 - 11:15
Azərbaycanlı Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu Türkiyədəki 2-ci təlim-məşq toplanışına yeni futbolçular dəvət edib. Apasport.az saytının məlumatına görə, Məmmədov işlədiyi ölkənin digər təmsilçisi olan “Ordabası”nın gənc oyunçuları – Mardan Tolebeklə Yevgeni Lyovini sərəncamında görmək istəyir. Ancaq onlar klubları ilə müqavilələri olduğundan, “Atırau”ya buraxılmırlar.
Tolebek Məmmədovun komandasında oynamaq istədiklərini bildirib: “Atırau” Türkiyəyə 2-ci toplanışa yollansa da, nə mən, nə də Lyovin ora getdi. Ona görə yox ki, komandaya yaramadıq. Sadəcə, bizə görə yüksək kompensasiya istəyirlər. “Ordabası” ilə qüvvədə olan müqaviləmiz var. Bizə dedilər ki, Qazaxıstanın 1-ci liqasında çıxış edən bu komandada oynayacağıq. Şərtlərin yaxşı, vəzifələrin yüksək olacağı ilə bağlı fikirlər səsləndi. Ancaq istənilən halda, Premyer Liqada oynamaq istəyirsən. Məndən başqa, bu komandada Bakdaulet Kojabayevlə Samat Otarbayev olacaq”.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0