“Ruslan 3 qol vursa da, komandamızda heç kimi fərqləndirmək istəməzdim”
27.01.2011 - 10:40
“Türkiyədə keçirdiyimiz ilk oyunla müqayisədə bu dəfə daha yaxşı mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənov deyib. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan yığmamız növbəti yoxlama oyununda Rusiyanın “Krılya Sovetov” klubunun əvəzedici komandasına 3:1 hesabı ilə qalib gəlib. Futbolçumuz Ruslan Nəsirli hər 3 qolu vursa da, Həsənov onu xüsusi fərqləndirməyib: “Ruslan Nəsirlinin 3 qol vurmasına baxmayaraq, komandada heç kimi xüsusi fərqləndirmək istəməzdim. Ümumilikdə, oyunumuz alındı. Çatışmazlıqları aradan qaldırmaq üçün belə oyunların əhəmiyyəti böyükdür”.
Mənbə: affa.az
Mənbə: affa.az
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0