Əlcəzair yığmasının futbolçusu “Qarabağ”da - FOTO
29.01.2011 - 10:31
Ağdamın “Qarabağ” klubu daha 1 futbolçunu baxışa dəvət edib. Apasport.az saytının məlumatına görə, qış fasiləsində 3 futblçunu transfer edən komandanın sıralarına qoşulan legioner 21 yaşlı Tahar Aymendir. Əslən əlcəzairli olan bu futbolçu Böyük Britaniya vətəndaşıdır. O, İngiltərə Çempionşip təmsilçisi “Şeffild Yunayted”in üzvüdür.
Daha çox hücumçuların arxasında oynama qabiliyyətinə malik olan Tahar yüksək texnikaya malikdir. Britaniya vətəndaşı olmasına baxmayaraq Tahar tarixi vətəninin millisinə üstünlük verib. 1989-cu il təvəllüdlü Aymen tarixi vətəni Əlcəzairin 21 yaşlılardan ibarət millisinin şərəfini qoruyur.
Gənc və perspektivli yarımmüdafiəçi haqqında komandanın baş məşqçisi Qurban Qurbanov yanvarın 30-da keçiriləcək yoxlama oyununda qərar verəcək.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0