Azərbaycanlı hakim yad olunub
29.01.2011 - 13:41
Bu gün dünya şöhrətli hakim Tofiq Bəhramovun doğum günüdür. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolunun 100 illik yubiley tədbirləri çərçivəsində bu gün AFFA-nın əməkdaşları, futbol ictimaiyyətinin nümayəndələri Bəhramovun məzarını ziyarət edib, abidəsinin önünə assosiasiya adından əklil və gül dəstələri qoyublar.
AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək Bəhramovun nəinki Azərbaycan və keçmiş SSRİ, ümumilikdə dünya futbolunun tarixində silinməz izlər qoymuş şəxslərdən olduğunu bildirib. Futbol veteranı, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov isə Bəhramovla bağlı xatirələrini danışıb, onu hər zaman böyük ehtiramla yad etdiyini deyib.
Mənbə: affa.az

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0