“Xəzər Lənkəran” qayıdır, legionerləri isə yox
31.01.2011 - 15:30
Türkiyədə 20 günlük təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" Antalyadakı hazırlıqlarını bu gün başa çatdırıb Vətənə dönür. Apasport.az saytının məlumatına görə, bu ərəfədə lənkəranlıların qış hazırlığının son mərhələsinin planına da aydınlıq gəlib.
Bu gün Bakıya yalnız klubun yerli heyəti qayıdacaq, legionerlər isə Antalyadan vətənlərinə yollanacaqlar. “Xəzər Lənkəran” tam tərkibdə fevralın 3-də Bakıda toplaşacaq. Bir gün sonra isə komanda Lənkərana yollanaraq, fevralın 13-də keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşmasına hazırlaşacaq.
Qeyd edək ki, baş məşqçi Mirça Rednik hazırda vətənindədir. Onun Rumıniyaya səfərinin məqsədi son transferləri həyata keçirməkdir.
Mənbə: lankaranfc.com

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0