Ukrayna çempionatının 7-ci məşqçisi Azərbaycandan təklif alıb
01.02.2011 - 15:09
Tanınmış ukraynalı məşqçi Aleksandr İşenko Azərbaycanda çalışmaq təklifi alıb. Apasport.az saytının məlumatına görə, 58 yaşlı mütəxəssis vətənində verdiyi müsahibədə ölkəmizə dəvət olunduğunu bildirib.
2 il 2 aydır işsiz olan İşenko hələ də özünə klub tapmamasını belə izah edib: “Azərbaycan və Qazaxıstandan təklif almışdım. Lakin qəbul etmədim. Qazaxıstanda əvvəllər də işləmişəm. Orada çalışmağın necə ağır olduğunu bilirəm”.
Qeyd edək ki, 1995/96 mövsümündən 2008/09-a qədər bütün Ukrayna çempionatlarının iştirakçısı olan İşenko Premyer Liqada 204 oyunda iş başında olub. Əsasən ortabab klublarda çalışan və son iş yeri “İliçevets” olan İşenko bu göstəricidə Ukraynada 7-cidir.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0