“Bakı” Ştutqart təmsilçisi ilə görüşəcək
01.02.2011 - 17:56
Antalyada təlim-məşq toplantısını yekunlaşdırmaqda olan "Bakı" klubunun sayca beşinci yoldaşlıq oyunundakı rəqibi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi fevralın 3-də baş tutacaq qarşılaşmada Almaniya Oberliqa təmsilçisi "Ştutqart Kikkers"lə görüşəcək.
Oyun "Su səsi" otelinin meydanında Bakı vaxtı ilə saat 14.00-da başlanacaq. Bu, Aleksandr Starovun yetirmələrinin Türkiyədə son sınağı olacaq.
Qeyd edək ki, “Bakı” Antalyada 4 yoxlama oyunu keçirib. Qazaxıstanın "Akjayık" (3:0), "Şaxtyor" Karaqanda (1:1), Ukraynanın "Metallurq" Zaporojye (0:0) və Rumıniyanın "Panduri" (1:0) klubları ilə qarşılaşan "Bakı" 2 oyunda qalib gəlib, iki oyunu isə heç-heçə başa vurub.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0