“Neftçi” “Santos”un futbolçusunu aldı
03.02.2011 - 11:00
“Neftçi” gözlənilən transferini həyata keçirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi əlcəzairli Yasin Hima və yerli qapıçı Vitali Kovalyovun ardından Braziliyadan da oyunçu alır.
“Ağ-qaralar” “Futbol kralı” Pelenin klubu olan “Santos”dan Rodriginyonu transfer edir. Braziliya mətbuatının yazdığına görə, 29 yaşlı futbolçu üçün “Neftçi” 170 min dollar ödəyəcək.
Qeyd edək ki, Rodriginyo son mövsüm 27 oyunda 2 qol vurub. O, bunadək “Atletiko”, “Portugeza”, “Botofoqo”, “Bayya”, “Sport”, “Avai”, “Mirassol” və “Quarani”də çıxış edib.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0