“Admira Vakker”in prezidenti: “İnter”lə oyun çox xoşuma gəldi
03.02.2011 - 12:50
“Bakı “İnter”i ilə oyunda komandamızın ifasında bir sıra məqamlar çox xoşuma gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Admira Vakker” klubunun prezidenti Riçard Trenkvalder deyib.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “İnter”lə görüşən avstriyalıların rəhbəri 1:3 hesablı məğlubiyyətə baxmayaraq, komandasından razı qalıb: “Belə oyun məni çox sevindirdi. “İnter” kimi güclü rəqiblə belə oynamağımız göstərdi ki, biz Avropa səviyyəli komandalarla mübarizə apara bilərik. Lakin bununla kifayətlənməyib mövcud çatışmazlıqları da aradan qaldırmalıyıq. Belə olan halda, daha güclü komandaya malik olacağıq”.
Qeyd edək ki, “Admira Vakker” Avstriya çempionatının gücünə görə 2-ci olan dəstəsi Eerste Liqada mübarizə aparır. Hazırda bu komanda çıxış etdiyin çempionatın lideridir.

- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0