Karlos Mahir Şükürova problem yarada bilər
03.02.2011 - 15:11
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Karlosla komanda yoldaşı olacaq. Apasport.az saytının məlumatına görə, Mahirin oynadığı Rusiyanın “Anji” klubu məşhur Roberto Karlosun həmyerlisi, Joao Karlosu transfer edib. 29 yaşlı legioner Mahaçqala təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
2001-ci ilə kimi vətənində, bundan sonra isə Avropada Sofiya MOİK-ində, Belçikanın “Lokeren”, “Gent” klublarında oynayan Joao məhsuldar müdafiəçi sayılır. Belə ki, ucaboylu futbolçu karyerasında 23 qol vurub.
“Anji”nin baş məşqçisi Hacı Hacıyev böyük ümidlərlə transfer etdiyi Karlosla müdafiə xəttini gücləndirmək istəyir. Bununla da arxa xətdə rəqabətin artması Şükürovun əsas heyətə düşmək işini çətinləşdirə bilər.

- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0