Tolqa Erginer yenidən Azərbaycan yığmasında
03.02.2011 - 15:20
Fevralın 14-dən 24-ə qədər Türkiyənin Antalya şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Vəli Qasımov toplanışa çağırdığı oyunçuların siyahısını açıqlayıb.
O, Türkiyəyə 23 oyunçu - Aleksandr Qross, Ruslan Cəfərov, Fuad Bayramov, Rəşad Əzizov (hamısı “İnter”), Orxan Sadıxlı, Kazım Kazımlı (“Xəzər Lənkəran”), Kərim Diniyev, Məqsəd İsayev, Emil Balayev, Tural Adıgözəlov, Elşən Abdullayev (hamısı “Neftçi”), Ruslan Bədəlov (“Olimpiya”, Rusiya), Slavik Alxasov, Mehti Rəsulov, Ruslan Tağızadə (hamısı “Abşeron”), Azər Abbasov, Tural Hümbətov, Rizvan Umarov (“Zenit”, Rusiya), Akif Tağıyev (“Turan”), Nurlan Novruzov (“Bakı”), Aştari Arsalan (AİK, İsveç), Fərrux Abdullayev (“Neubrandenburq”, Almaniya), Tolqa Ergineri (“Rot-Vays”, Essen, Almaniya) aparmağa qərar verib.
Qeyd edək ki, Erginer vaxtilə Berti Foqts tərəfindən əsas millinin toplanışına çağırılıb. Arsalan isə yığmanın debütantıdır.

- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0