Azərbaycan çempionu Valeri Qazzayevin klubuna keçdi
12.02.2011 - 10:50
Azərbaycan çempionu olan gürcü futbolçu Georgi Navalosvki klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Bakının “İnter” klubunun heyətində Premyer Liqamızın qalibi olan sol cinah müdafiəçisi Rusiyanın “Alaniya” klubuna keçib. Ötən yay “İnter”dən gedəndən sonra Nijni-Novqorodun “Volqa” klubuan keçən Navalovski yenidən 1-ci divizionda oynayacaq. Çünki yollarını ayırdığı “Volqa” Premyer Liqaya çıxıb, ötən mövsüm orada oynayan “Alaniya” isə aşağı dəstəyə düşüb.
Qeyd edək ki, “İnter” Rusiya vətəndaşlığını daşıyan Georgini ötən qış “Anji” klubundan 6 aylığa icarəyə götürmüşdü. “Alaniya”nın prezidenti tanınmış rus mütəxəssis Valeri Qazzayev, baş məşqçisi oğlu Vladimir Qazzayev, vitse-prezidenti isə “Neftçi”nin sabiq futbolçusu Vladimir Mixaylevskidir.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0