“Xəzər Lənkəran”da hollandiyalı məşqçi - FOTO
12.02.2011 - 15:09
Bu gün “Xəzər Lənkəran” klubu növbəti müqaviləyə imza atıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı məşqçi Fabian Veldviyk bundan sonra Lənkəran təmsilçisində çalışacaq. İdman direktoru vəzifəsinə təyin olunan 37 yaşlı Veldviyk aşağı yaş qruplarına cavabdeh şəxs kimi bu sahəyə bilavasitə nəzarət edəcək.
Müxtəlif komandaların aşağı yaş qruplarında iş üzrə böyük təcrübəyə malik olan Veldviyk bu sahədə ixtisaslaşmış mütəxəssislərdəndir. Karyerası ərzində Hollandiyanın “Sparta” (Rotterdam), “Volendam” və “TOGR” klublarında uğurlu fəaliyyət göstərmiş məşqçi həmçinin İngiltərənin “Blekbern” klubunda da çalışıb. Müxtəlif illərdə UEFA-nın C, B və A lisenziyalarını alan Veldviyk nəhayət, ötən ildə ən yüksək məşqçilik kateqoriyası sayılan “PRO” lisenziyasına da sahib olub. O, ötən il Hollandiyanın “SCO`63” klubu üçün Gənclərin İnkişafı Layihəsini hazırlamaqla, öz karyerasında daha bir uğurlu addıma imza atıb.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0