Əfran İsmayılovun 27 həftəsi
13.02.2011 - 16:06
“Qarabağ”ın futbolçusu Əfran İsmayılov uzun fasilədən sonra yaşıl meydanlara qayıdıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” ilə oyununda meydana çıxmaqla, dönüşünü rəsmiləşdirib.
Əfran sonuncu dəfə ötən il avqustun 8-də “Neftçi” ilə matçın iştirakçısı olmuşdu. 41 dəqiqə oynayıb zədələndiyi qarşılaşmadan 189 gün, yəni 27 həftə sonra meydana çıxan İsmayılov qayıdışını qolla da qeyd edib.
Yarımmüdafiəçi son qolunu 192 gün əvvəl – ötən il avqustun 5-də vurmuşdu. Əfran həmin gün Avropa Liqasının Polşa “Visla”sı ilə görüşündə fərqlənmişdi.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0