Kaxaber Sxadadze azarkeşlərdən vaxt istəyir
13.02.2011 - 19:00
"Oyun baxımlı olmadı, böyük fasilədən sonra ilk oyunlar həmişə çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının XX turunun “Simurq”la oyunu haqda fikirlərini açıqlayıb: “Bir sıra futbolçularımız milli komandalardan yeni döndüyü üçün iki gün öncə tam heyətlə toplaşa bilmişik. Azarkeşlərimizin bizdən istədiyi oyunu göstərmək üçün vaxt lazımdı. Bugünkü oyunda qalib gəlib turnir cədvəlində üçüncü pilləyə yüksəldik"
Qeyd edək ki, “İnter” öz meydanındakı matçda 2:0 hesabı ilə qalib gəlib.
Mənbə: pfl.az

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0