AZAL Elvin Əliyevi niyə oynatmır?
14.02.2011 - 14:31
“Zədəm var. Qabırğamın altındakı əzələm dartılıb. Bu səbəbdən də oynaya bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun müdafiəçisi Elvin Əliyev deyib.
Qış fasiləsindən sonra “Gəncə” ilə qarşılaşan AZAL I dövrədə olduğu kimi, əyalət təmsilçisinin yenə müqavimətini qıra bilmədi. 90 dəqiqə ərzində hər iki komandanın qol vurmaq üçün imkanları olsa da, oyun başladığı hesabla da yekunlaşdı. Nəticədə 2 xal itirən “təyyarəçilər” ilk “altılıq”dakı yerini hələ təmin edə bilməyib.
Bu oyunda komandasına kömək edə bilmədiyi üçün heyifslənən futbolçu heç nəyin bitmədiyini vurğulayıb: “Əlbəttə, komandama kömək edə bilmədiyimə görə, təəssüflənirəm. 2 həftəyə yaşıl meydanlara dönəcəm. Bu heç-heçə ilə hələ heç nə itirilməyib. Qarşıdakı 2 oyundan 1 xal qazansaq, bizim üçün kifayətdir. Lakin biz meydana bunun üçün deyil, qələbə qazanmaq üçün çıxacağıq”.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0