Yığmamızın sabiq baş məşqçisi Qazaxıstanda
14.02.2011 - 14:43
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Oliver Pelzer özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdə U-15 və U-17-yə rəhbərlik etmiş alman mütəxəssis bundan sonra Qazaxıstanda çalışacaq.
Pelzer bu ölkənin 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi təyin olunub. Qazaxıstan Futbol Federasiyası mütəxəssisin təqdimat mərasimini də keçirib. Orada qeyd olunub ki, Pelzerə qədər U-17 yalnız yerli məşqçilərə həvalə olunurdu və almaniyalı bu mənada ilkə imza atıb.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0