“Bu, Rəşad Sadıqovun qərarıdır, mən heç nə deyə bilmərəm”
14.02.2011 - 19:00
“Mən Rəşad Sadıqovu həmişə böyük işlər üçün görmüşəm. O, artıq bu səviyyədən çıxaraq, daha güclü klublarda oynamağa layiqdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov ilk dəfə xaricə gedəndə Mircavadovun rəhbərliyi altında “Neftçi”də oynayırdı. Həmin vaxt – 2005-ci ilin avqustunda Türkiyənin “Kayserispor” klubuna keçən Sadıqov daha sonra “Kocaeslipor” və “Əskişəhərspor”da oynadı. Təcrübəli müdafiəçi ölkəmizdə “transfer pəncərəsi”nin bağlanmasının son günündə isə “Əskişəhərspor”dan ayrılıb, “Qarabağ”a qayıtdı.
Mircavadov Sadıqovun xaricdə oynamasını daha çox arzulasa da, dönüşü ilə bağlı qərarına qarşı çıxmır: “Bu, Rəşadın qərarıdır, mən heç nə deyə bilmərəm. Ancaq həmişə istərdim ki, Sadıqov xaricdə oynasın. Mənimlə “Neftçi”də birgə işləyəndə də demişəm. İşləməyəndə də səmimi söhbətimizdə fikirlərimi diqqətinə çatdırmışam. Deyirdim ki, çalış, xaricdə oyna. Çünki xaricdə ola bilsin ki, maliyyə cəhətdən az-çox olsun, ancaq oyun tərzində artıracaqsan. Bilirsiniz, Rəşad elə bir futbolçudur ki, həm öz, həm də komandanın oyunundan istirahət edir. Bunu bacarmaq da lazımdır. Onda həmin qabiliyyət var. Azərbaycana gəlib, “Qarabağ”a qayıdıb, öz fikridir, ancaq uğurlar arzulayıram”.
Mehman SÜLEYMANOV

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0