Araz Abdullayev “Everton”dan ayrıldı
28.02.2011 - 17:10
Fevralın 14-də İngiltərənin "Everton" klubunun düşərgəsinə yollanan "Neftçi"nin futbolçusu Araz Abdullayev vətənə dönüb. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi iki həftəyə yaxın Liverpul təmsilçisinin məşqlərində iştirak edirdi.
Artıq Araz geri qayıdaraq, flaqmanın məşqlərinə qatılıb. O, "Xəzər Lənkəran"la ¼ final mərhələsində martın 3-də keçiriləcək kubok oyununun hazırlığında iştirak edir.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən müqavilə ilə “Everton”a məxsus olan Abdullayev iki klublar razılığa əsasən cari mövsümün sonuna kimi “Neftçi”də oynamalı, fevralın 2-ci yarısında İngiltərə klubunun məşqlərində iştirak etməli idi.

- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
0
0