Azərbaycanda №1: “Xəzər Lənkəran”!
01.03.2011 - 00:03
Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinin oyunlarını 301 min 840 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, baş tutan 132 qarşılaşmanın hər birinə orta hesabla 2287 seyrçi baxıb.
Komandaların ev oyunlarındakı göstəricilərinə gəlincə, mütləq rekord “Xəzər Lənkəran”a məxsusdur. 11 matçda topladığı azarkeşlərin sayında 6 rəqəmli göstəriciyə çatması üçün cəmi 1000 azarkeş çatmayıb.
Cənublular kimi “Gəncə” də çox sevilməsi ilə öyünə bilər. Digər komandalara gəlincə, onların tamaşaçılarının sayı kifayət qədər azdır. Məsələn, siyahıda 3-cü olan “Neftçi” “Xəzər Lənkəran”dan az qala 4, “Gəncə”dən isə təxminən 3 dəfə geri qalır. Tamaşaçı sayında lider “Xəzər Lənkəran”la autsayder MOİK arasında isə uçurum var. Bu rəqəm təxminən 17 qat fərqlə ölçülür.

KLUB | TAMAŞAÇI | OYUN | ORTA |
Xəzər Lənkəran | 99000 | 11 | 9000 |
Gəncə | 72700 | 11 | 6609 |
Neftçi | 25800 | 11 | 2345 |
Turan | 25700 | 11 | 2336 |
Qəbələ | 18600 | 11 | 1691 |
İnter | 13855 | 11 | 1260 |
Qarabağ | 10900 | 11 | 991 |
AZAL | 8400 | 11 | 764 |
Muğan | 8100 | 11 | 736 |
Bakı | 7000 | 11 | 636 |
Simurq | 6105 | 11 | 555 |
MOİK | 5680 | 11 | 516 |
CƏMİ | 301840 | 132 | 2287 |
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
0
0