Tovuz stadionunda ŞOK: Sakit Alıyev meydanda insult keçirdi
06.05.2011 - 10:51
“Turan” klubunun məşqi zamanı xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisinin srağagünkü hazırlığı zamanı məşqçi Sakit Alıyevin sağlıq durumunda ciddi problem yaranıb.
Belə ki, 45 yaşlı çalışdırıcı məşq zamanı insult keçirdiyindən yerə yıxılıb. Məlumata görə, onun beyninə qan sızıb, hazırda Tovuz rayon xəstəxanasında həkim nəzarəti altındadır.
Qeyd edək ki, mövsümün startında “Turan”a rəhbərlik edən Alıyev baş məşqçi Naci Şensoyun cəzalı olduğu son turda da komandanı meydana çıxarmışdı.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0