UEFA AFFA-dan kömək istədi
07.05.2011 - 09:24
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) AFFA da daxil olmaqla 53 üzvünə rəsmi müraciət edib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu FİFA prezidenti Yozef Blatteri iyunun 1-də Sürixdə keçiriləcək prezident seçkilərində dəstəkləməyə çağırıb. UEFA prezidenti Mişel Platini və İcraiyyə Komitəsinin 15 üzvü bununla bağlı xahiş məktubunu imzalayıb: “UEFA-nın İcraiyyə Komitəsi FİFA prezident seçkilərində hamılıqla Blatteri dəstəkləyir. O, UEFA-nın üzvü olan belə addım atmağı təkidlə tövsiyə edir”.
Qeyd edək ki, isveçrəli Blatterin seçkilərdə yeganə rəqibi Asiya Futbol Konfederasiyasının prezidenti Məhəmməd Bin Hammam olacaq.
Qeyd edək ki, isveçrəli Blatterin seçkilərdə yeganə rəqibi Asiya Futbol Konfederasiyasının prezidenti Məhəmməd Bin Hammam olacaq.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0