Təbriz Həsənov: Onlar 1 hücum edib, 1 qol vurdular
10.05.2011 - 15:21
“Süni örtüklü meydanda keçirdiyimiz oyunlardan sonra təbii ot üzərində çıxış etməyimiz bizə müəyyən mənada çətinliklər yaratdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov deyib.
Kişinyovda keçirilən “FA of Moldova Cup” turnirinə Litva üzərində 2:1 hesablı qələbə ilə başlayan yığmamızın çalışdırıcısı matç haqda fikirlərini AFFA-nın rəsmi saytına bildirib: “Rəqib birinci hissədə cəmi bir dəfə hücuma keçdi və təəssüf ki, həmin epizodda qol vura bildi. Fasilədən sonra komandamız əsl xarakter nümayiş etdirdi. Kifayət qədər qol epizodu yaratsaq da, cəmi 2 dəfə fərqlənə bildik. Qələbə münasibətilə komandamızı təbrik edirəm”.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0