Almanlar yığmamızın qapıçısından razı qalıb
11.05.2011 - 10:13
Azərbaycan millisinin qapıçısı Andrey Popoviç karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Düsseldorfun “Fortuna” klubunda baxışda olan milliləşən legionerimiz özü haqda müsbət fikir formalaşdıra bilib.
Belə ki, uca boyu ilə seçilən ukraynalı qolkiper “TuS Grevenbroich”lə yoldaşlıq görüşündə almaniyalıları razı salıb. Görüşü şərh edən alman həmkarlarımız da Popoviçin oyununu dəyərləndirib: “Bu görüşdə baş məşqçi Norbert Mayer baxışda olan 2 futbolçuya da şans verib. Bunlar Azərbaycan milli komandasının 1,91 metr boya malik qapıçısı Andrey Popoviç və “Köln”ün 18 yaşlı üzvü Aleksandr Nantsiqdir. Onların hər ikisi normal oyun göstərdilər”.
Qeyd edək ki, Popoviçin 90 dəqiqə əvəzlənmədən meydanda olduğu görüşdə komandası 2:1 hesabı ilə qalib gəlib.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0