40 ölkə AFFA-nın dəvətini müsbət cavabladı
11.05.2011 - 16:54
Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı keçiriləcək təntənəli tədbirə gələcək federasiyaların sayı müəyyənləşib. Bu barədə apasport.az saytına AFFA-nın I vitse-prezidenti Rauf Əliyev məlumat verib.
O bildirib ki, iyunun 6-da “Buta Palace”də keçiriləcək tədbirə dəvət alan 40 ölkənin futbol federasiyası iştirakını təsdiqləyib. Əliyev FİFA və UEFA prezidentlərinin də ölkəmizə gələcəyini söyləyib.
AFFA keçirəcəyi möhtəşəm tədbirində beynəlxalq futbol qurumlarının rəhbərlərini xüsusilə görmək istəyir. UEFA prezidenti Mişel Platini Bakıya səfər edəcəyini bir müddət öncə təsdiqləyib. FİFA prezidenti Yozef Blatter də iyunun 1-də FİFA-da prezident seçkilərində qalib gələcəyi halda, ilk səfərini ölkəmizə edəcəyinə söz verib.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0