“Bakı” Elvin Məmmədovun transferinə 350 min manat xərcləyib
12.05.2011 - 12:45
Elvin Məmmədovu “Qarabağ”dan ayırmağa nail olan Namiq Məstanov (özünü futbolçunun qohumu, meneceri kimi təqdim edən şəxs) istəyinə çatıb. Apasport.az saytının xəbərinə görə, Azərbaycan futbolundan pul qazananlardan biri olan bu şəxsin Elvinin keçidindən xeyli məbləğdə pul qazandığı iddia olunur.
Bildirilir ki, "Bakı" Məmmədovun keçidi üçün 350 min manat xərcləyib. Bu pulun nə az, nə çox, düz 100 min manatı Məstanovun cibinə gedib. O, Elvinin "Qəbələ" və başqa klubların təkliflərindən imtina edib, "Bakı"ya “hə” deməsi üçün göstərdiyi canfəşanlığa görə "zolaqlılar"dan 50 min manat alıb. Bununla kifayətlənməyən Məstanov Elvinin özündən də 50 min manat alıb.
Beləliklə, Elvin Məmmədovun transferi 350 min manata başa gəlib. Bu pulun 250 mini futbolçunun özünə, 100 mini “qohum”una çatıb.
Korner.az

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0