Qyoko Hacıyevski: Oyunun atmosferi çox gözəl idi
12.05.2011 - 17:50
"Turan"ı təbrik edirəm. Hakimlər oyunu yüksək səviyyədə idarə etdi. Oyunun atmosferi çox gözəl idi. İlk hissədə rəqib matça çox yaxşı başlamışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Simurq" klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Makedoniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXI turunun “Turan”la səfər oyunundakı 1:2 hesablı məğlubiyyət haqda fikirlərini açıqlayıb: “Rəqib 2 qol vurduqdan sonra qapıçısını və Muammer Erdoğdunu dəyişdi. Biz istəyirdik ki, daha bir qol vuraq və oyunu heç-heçə bitirək. Təəssüf ki, bu, alınmadı. Oyunda ancaq yerli futbolçular çıxış edirdi, meydanda cəmi 1 legioner var idi. Həm biz, həm də rəqibimiz gənc yerli futbolçulara üstünlük vermişdi. Məşqçilik karyeramda ilk dəfə olaraq başçılıq etdiyim komanda aşağı diviziona düşdü”.
Mənbə: pfl.az

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0