Löv Ballakı Bakıya gətirməməyinin səbəbini açıqladı
13.05.2011 - 11:55
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Mihael Ballakı növbəti 3 oyuna çağırmamağına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, alman mütəxəssis bildirib ki, “Bayer”də oynayan 35 yaşlı yarımmüdafiəçini Uruqvayla yoldaşlıq, Avstriya ilə Azərbaycanla səfərdəki rəsmi oyunlara dəvəti ilə bağlı uzun müddət düşünüb.
“Ballakı kənarda qoymağa qərar vermək asan deyildi. Bununla əlaqədar futbolçu ilə söhbətləşmək lazım gəldi. Bir neçə həftə öncə biz daim əlaqə saxlayırdıq. Martın sonunda görüşdük. Mihaelin özü etiraf etdi ki, onun forması idealdan uzaqdır” – deyə, Löv bildirib.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu iyunun 7-də keçiriləcək.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0