Berti Foqts: Popoviçin “Fortuna”ya keçidi haqda bir şey deyə bilmərəm
13.05.2011 - 17:59
“Qapıçımız Andrey Popoviçin Almaniyaya “Fortuna” klubuna baxışa yollandığını bilirdim. Sadəcə, onun meydana çıxdığı yoldaşlıq görüşü izləyə bilmədim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis millimizə cəlb etdiyi “Abşeron” klubunun gənc qapıçısı Andrey Popoviçin II Bundesliqa təmsilçisi “Fortuna”ya keçidinin baş tutacağını bilmir: “Mən Popoviçin transferinin reallaşıb-reallaşmayacağı haqda bir şey deyə bilmərəm. O, Almaniyada meydana çıxdığı zamanı mən Bakıya gəlirdim. Bu üzdən oyununu izləmək imkanım olmadı”.
Qeyd edək ki, bu gün “Qarabağ” – “Neftçi” görüşünü (3:0) izləmək üçün Ağdama yollanan Foqts oyun və milli futbolçuları haqda danışmaq istəməyib.
Qeyd edək ki, bu gün “Qarabağ” – “Neftçi” görüşünü (3:0) izləmək üçün Ağdama yollanan Foqts oyun və milli futbolçuları haqda danışmaq istəməyib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0