Mirça Rednik: Həmkarım üçün çox çətindir
13.05.2011 - 20:20
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın XXXI turunun “Bakı” ilə oyunundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, rumıniyalı mütəxəssis öncə azarkeşlərə təşəkkür edib: “Onlara sona qədər komandaya dəstək verdikləri üçün təşəkkürümü bildirirəm. Hər iki komanda çoxlu qol imkanı yaratdı. "Bakı" kifayət qədər təşkilatlanmış və intizamlı oyun göstərir. Həmkarım üçün çox çətindir, çünki, o, yalnız final mərhələsi öncəsi komandaya gəlib. Qarşıda bizi axırıncı oyun gözləyir. Biz "Neftçi" ilə qarşılaşacağıq və bu bizim üçün şərəf oyunu olacaq".
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0