Ramiz Məmmədov UEFA-dan xoş xəbər gözləyir
16.05.2011 - 10:10
Həmyerlimiz Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau”nun avrokuboklarda iştirak etmək imkanı yaranıb. Apasport.az saytının məlumatına görə, UEFA Qazaxıstan kubokunun sahibi olan Astananın “Lokomotiv” klubunu Avroliqaya buraxmasa, onu Məmmədovun komandası əvəzləyəcək.
Turnirin reqlamentinə əsasən ölkə kubokun finalçısı olan “Şaxtyor” “Lokomotiv” Çempionlar Liqasında oynayacağı halda, onu əvəzləmək hüququna malikdir. Ancaq “dəmiryolçular”ın lisenziya məsələləri ucbatından qitə miqyaslı turnirdə iştirakında problem yaranıb. Bu halda isə Avroliqaya çempionatda müvafiq yeri tutan komanda getməlidir ki, bu da 5-ci yerin sahibi “Atırau” olacaq.
O zaman “Aktobe” Avroliqanın 2-ci, “İrtış”la “Atırau” 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. “Atırau”nun rəhbərliyi məsələyə rəsmi münasibətini bildirib. Klubun direktoru Rəşit Munbayevin sözlərinə görə, onlar Avroliqada oynamaqdan imtina etməyəcəklər.
UEFA Məmmədovun komandasını Avroliqaya buraxarsa, məşqçimiz öz vətəninin klubları ilə beynəlxalq miqyasda görüşmək imkanı qazanacaq. Çünki Qazaxıstan təmsilçiləri Avroliqa potensial rəqiblərimizdəndir və Məmmədovun avrokuboklarda ilk sınağı olacaq.
Qeyd edək ki, “Atirau” çempionatın son turunda evdə “Taraz”a 1:0 hesabı ilə qalib gəlib. Komanda 14 xalla turnir cədvəlində 7-ci pillədə yer alıb.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0