Messi + Ronaldo, yoxsa “Neftçi” + ”Xəzər Lənkəran”?
16.05.2011 - 10:34
“Real”ın futbolçusu Kriştianu Ronaldo növbəti rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu Primeranın XXXVII turunda “Vilyarreal”la matçda 2 dəfə fərqlənməklə, çempionatda vurduğu toplarının sayını 38-ə çatdırıb.
Bununla, Ronaldo əfsanəvi Uqo Sançesin 20 il əvvəl müəyyənləşdirdiyi klub rekordunu təkrarlayıb. Meksikalı 1990/91 mövsümündə çempionatı 38 qolla bitirmişdi. Lakin Kriştianu son turda Uqonu arxada da qoya bilər.
Ümumilikdə, Ronaldo cari mövsümdə vurulan qollarının sayını 51-ə çatdırıb. Çempionlar Liqasında 6, İspaniya kubokunda 7 dəfə fərqlənən portuqaliyalı Lionel Messinin bir addımlığındadır. Belə ki, son matçlarda fərqlənə bilməyən argentinalının hesabında 52 qol var.
Dünya futbolunun məşhuru mövsüm boyu 103 qol vurub ki, bu göstəriciyə çox klublar da həsəd apara bilər. Azərbaycan klubları isə yalnız cütlük şəklində Ronaldo-Messi tandemi ilə müqayisə oluna bilər.
Çempionatımızın 2 ən güclüsü “Neftçi” və “Xəzər Lənkəran” mövsüm ərzində 108 qol vuraraq, əfsanəvi cütlüyü 5 top qabaqlayır. Lakin mövsümün sonuna qədər Messinin 2 Ronaldonun 1 oyunu qalıb və onların bu fərqi də aradan qaldıracağı realdır. Lakin “Xəzər Lənkəran” və “Neftçi” də müvafiq olaraq 2 və 1 matça çıxacaq.

- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
- “Qarabağ”, “Neftçi”, "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - AFİŞA
0
0