Azərbaycan yığması Serbiya ilə görüşəcək
16.05.2011 - 11:44
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, hazırda Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışı keçirən Təbriz Həsənovun yetirmələri mayın 22-dək davam edəcək hazırlıqlar zamanı bir yoxlama oyununda da qüvvəsini sınayacaq.
Bu rəqib Moldova çempionatında mübarizə aparan klublardan birinin əvəzedici komandası olacaq. Mayın 24-də və 26-da isə yığmamız Serbiyanın 17 yaşadək futbolçularından ibarət millisi ilə 2 yoxlama oyunu keçirəcək. Bundan sonra - iyunun 9-dan 17-ə qədər isə Həsənovun yetirmələri Bakıda təşkil olunacaq “Caspian Cup” turnirində çıxış edəcək.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0