Avropa Liqasının finalı futbol tariximizə düşən hakimə tapşırıldı
16.05.2011 - 15:52
Avropa Liqasının final matçını idarə edəcək hakimin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Portuqaliya təmsilçiləri “Porto” və “Braqa” arasındakı qarşılaşma ispaniyalı ədalət təmsilçisinə tapşırılıb.
Mayın 18-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək oyunu Karlos Velasko idarə edəcək. 2004-cü ildə aşağı dəstədə ən yaxşı hakim seçilən referi elə həmin il Primerada debüt edib. 2008-ci ildən FİFA referisi olan, 2009-cü ildə isə Primeranın ən yaxşısı seçilən Velaskonun Azərbaycan futbol tarixində öz yeri var.
Belə ki, Velasko azərbaycanlı futbolçuların tarix boyu qazandıqları ən böyük hesablı qələbəni qeydə alan hakimdir. Söhbət 2008-ci il oktyabrın 25-də 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının San-Marino ilə seçmə oyunundan gedir. Velaskonun idarə etdiyi həmin matçda 5:0 hesablı ilə qalib gələn Yaşar Vahabzadənin yetirmələri komandalarımızın rəsmi beynəlxalq oyunlardakı ən böyük hesablı nəticəsinə imza atıb.
Qeyd edək ki, sonradan 19 yaşlı qızlarımız Kipri daha böyük – 8:0 hesabı ilə məğlub etsə də, az keçməmiş həmin heyətin böyük hissəsinin lipa olduğu aşkarlandı və nəticə ləğv olundu.

- Qonzalo Qarsiya "Fulhem"də – "Real" gələcək satışdan da qazanacaq
- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
0
0