Baş məşqçiyə Zidansayağı baş zərbəsi - VİDEO
17.05.2011 - 12:13
Meksika milli komandasının qapıçısı Xose de Xesus Korona Zinəddin Zidan olmaq həvəsinə düşüb. Apasport.az saytının məlumatına görə, şimali amerikalı DÇ-2006-nın final oyununda İtaliya yığmasının müdafiəçisi Marko Materatsini baş zərbəsi ilə yerə sərən fransalının qəhrəmanlığını təkrarlamağa cəhd edib.
“Krus Asul” klubunun qolkiperi ölkə çempionatının pley-off mərhələsinin yarımfinal oyununda rəqib baş məşqçini özünə hədəf seçib. Baş zərbəsi ilə onu nokdauna salan Korona 6 oyunluq cəzalandırılıb və yığmadan da kənarlaşdırılıb.
Qeyd edək ki, DÇ-2010 ərəfəsində barda dava-dalaş salan qapıçı həmin vaxt da millidən kənarlaşdırılmışdı.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0