“Neftçi”nin sabiq futbolçusu vəfat edib
17.05.2011 - 12:25
Gürcüstan futboluna daha bir ağır itki üz verib. Lent.az-ın məlumatına görə, məşhur futbolçu Boris Siçinava 74 yaşında dünyasını dəyişib.
Siçinava uzun sürən xəstəlikdən sonra keçinib. Mərhumun dəfn mərasimi mayın 19-da keçiriləcək.
Qeyd edək ki, Boris Siçinava 28 oktyabr 1936-cı ildə anadan olub. O, 1955-ci ilin iyulundan 1956-cı ilin ortalarınadək Tiflisin ODO klubunda çıxış etdikdən sonra Azərbaycanın “Neftçi” komandasına keçib. Siçinava həmin ilin iyul – oktyabr aylarında flaqmanın formasını geyinib. 1958-ci ildə Tiflis “Dinamo”suna keçən tanınmış futbolçu 1967-ci ilədək oynayıb. 1964-cü ildə SSSRİ çempionu olub. Siçinava Gürcüstanın gənclərdən ibarət yığması, Tiflis “Dinamo”sunun baş məşqçisi olub. 1958-ci ildə Gürcüstanın əməkdar məşqçisi adını alıb.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0